Ana Sayfa > Xəbər > Aİ Ermənistan və Azərbaycanı vəziyyəti gərginləşdirməməyə çağırıb

Aİ Ermənistan və Azərbaycanı vəziyyəti gərginləşdirməməyə çağırıb


13-07-2020, 16:33. Yazar: admin
Aİ Ermənistan və Azərbaycanı vəziyyəti gərginləşdirməməyə çağırıb

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycanı qarşıdurmaya son qoymağa və vəziyyəti daha da gərginləşdirməmək üçün tədbirlər görməyə çağırır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin mətbuat ofisinin açıqlamasında deyilir.

“Aİ hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa, gərginlik yaradan hərəkətlərdən və ritorikadan çəkinməyə və eskalasiyanın qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır”, - sənəddə deyilir.


Geri dön