AzTV-nin mətbuat katibi işdən çıxdı
Tarix: 17-06-2020, 13:24 | Çap et
AzTV-nin mətbuat katibi işdən çıxdı

Mübariz Aslanov Azərbaycan Dövlət Televiziyasının Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsini tərk edib.

Oxu.Az xəbər verir ki, bu barədə M.Aslanov sosial media hesabında məlumat verib.

“Dostlar, artıq AzTV-dən ayrılmışam. Bu qədər. Qaldı ki, elin də, zamanın da gözü tərəzidir”, - deyə o açıqlamasında bildirib.


Qeyd edək ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi 2019-cu il martın 1-dən fəaliyyət göstərir. M.Aslanov həmin vaxtdan şöbə müdiri vəzifəsinə təyin olunmuşdu.

O, əvvəllər Azadinform, APA və Report informasiya agentliklərində çalışıb.

Rəşad Əliyev




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net