Ana Sayfa > Xəbər > AzTV-nin mətbuat katibi işdən çıxdı
AzTV-nin mətbuat katibi işdən çıxdı17-06-2020, 13:24. Yazar: admin |
Mübariz Aslanov Azərbaycan Dövlət Televiziyasının Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsini tərk edib. Oxu.Az xəbər verir ki, bu barədə M.Aslanov sosial media hesabında məlumat verib. “Dostlar, artıq AzTV-dən ayrılmışam. Bu qədər. Qaldı ki, elin də, zamanın da gözü tərəzidir”, - deyə o açıqlamasında bildirib. Qeyd edək ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi 2019-cu il martın 1-dən fəaliyyət göstərir. M.Aslanov həmin vaxtdan şöbə müdiri vəzifəsinə təyin olunmuşdu. O, əvvəllər Azadinform, APA və Report informasiya agentliklərində çalışıb. Rəşad Əliyev Geri dön |