“Brent” nefti yenidən 40 ABŞ dollarına yüksəldi
Tarix: 16-06-2020, 14:42 | Çap et
“Brent” nefti yenidən 40 ABŞ dollarına yüksəldi

Dünya bazarında neftin qiyməti ötəngünkü azalmadan sonra bu günə artımla başlayıb.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 13:00-a olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 1,64% artaraq 40,37 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 1,24% artaraq 37,58 ABŞ dolları olub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net