Ana Sayfa > Xəbər > “Brent” nefti yenidən 40 ABŞ dollarına yüksəldi
“Brent” nefti yenidən 40 ABŞ dollarına yüksəldi16-06-2020, 14:42. Yazar: admin |
Dünya bazarında neftin qiyməti ötəngünkü azalmadan sonra bu günə artımla başlayıb. “Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 13:00-a olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 1,64% artaraq 40,37 ABŞ dolları təşkil edib. Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 1,24% artaraq 37,58 ABŞ dolları olub. Geri dön |