ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) ABŞ-da bu il ortalama gündəlik neft hasilatının 11,6 mln. barel təşkil edəcəyini proqnozlaşdırır ki, bu da Agentlik tərəfindən may ayında verilən proqnozla müqayisədə 100 min. barel çoxdur.
"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il ABŞ-da neft hasilatının azalması davam edəcək.
Məlumata əsasən, gələn il ABŞ-da ortalama gündəlik neft hasilatı 10,8 mln. barel səviyyəsində olacağı gözlənilir (əvvəlki proqnoz 10,9 mln. barel olub).
Qeyd edək ki, 2019-cu ildə ABŞ-da gündəlik neft hasilatı 12,3 mln. barel təşkil edib.