Ana Sayfa > Xəbər > EIA ABŞ-ın neft hasilatı üzrə proqnozu korrektə edib
EIA ABŞ-ın neft hasilatı üzrə proqnozu korrektə edib10-06-2020, 14:52. Yazar: admin |
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) ABŞ-da bu il ortalama gündəlik neft hasilatının 11,6 mln. barel təşkil edəcəyini proqnozlaşdırır ki, bu da Agentlik tərəfindən may ayında verilən proqnozla müqayisədə 100 min. barel çoxdur. "APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il ABŞ-da neft hasilatının azalması davam edəcək. Məlumata əsasən, gələn il ABŞ-da ortalama gündəlik neft hasilatı 10,8 mln. barel səviyyəsində olacağı gözlənilir (əvvəlki proqnoz 10,9 mln. barel olub). Qeyd edək ki, 2019-cu ildə ABŞ-da gündəlik neft hasilatı 12,3 mln. barel təşkil edib. Geri dön |