Bakıda xəstəxanada daha iki ölüm - Biri koronavirusdan
Tarix: 5-06-2020, 12:09 | Çap et
Bakıda xəstəxanada daha iki ölüm - Biri koronavirusdan

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha iki xəstə ölümü qeydə alınıb.

Oxu.Az xəbər verir ki, 1950-cı il təvəllüdlü xəstə iyunun 3-də saat 15:20-də ETACXİ-yə daxil olub.

Ağır vəziyyətdə xəstəxanaya daxil olmuş pasiyent dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər tərəfindən ona zəruri müalicə tədbirləri təyin olunub.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq, bu gün kəskin ağciyər-ürək çatışmazlığı, kəskin respirator distres sindrom, ürəyin işemik xəstəliyi, aterosklerotik kardioskleroz, ikitərəfli pnevmoniya, ağır gedişli beyin qan dövranının pozulması, ensefalopatiya diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.

Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölüm faktını Oxu.Az-a təsdiq edib.

Qeyd edək ki, İnstitutda bundan başqa daha bir ölüm faktı qeydə alınıb. Ölənlərdən digərinin COVID-19-a yoluxan xəstələrdən biri olduğu deyilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net