Ana Sayfa > Xəbər > Bakıda xəstəxanada daha iki ölüm - Biri koronavirusdan
Bakıda xəstəxanada daha iki ölüm - Biri koronavirusdan5-06-2020, 12:09. Yazar: admin |
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha iki xəstə ölümü qeydə alınıb. Oxu.Az xəbər verir ki, 1950-cı il təvəllüdlü xəstə iyunun 3-də saat 15:20-də ETACXİ-yə daxil olub. Ağır vəziyyətdə xəstəxanaya daxil olmuş pasiyent dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər tərəfindən ona zəruri müalicə tədbirləri təyin olunub. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, bu gün kəskin ağciyər-ürək çatışmazlığı, kəskin respirator distres sindrom, ürəyin işemik xəstəliyi, aterosklerotik kardioskleroz, ikitərəfli pnevmoniya, ağır gedişli beyin qan dövranının pozulması, ensefalopatiya diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb. Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölüm faktını Oxu.Az-a təsdiq edib. Qeyd edək ki, İnstitutda bundan başqa daha bir ölüm faktı qeydə alınıb. Ölənlərdən digərinin COVID-19-a yoluxan xəstələrdən biri olduğu deyilir. Geri dön |