Azərbaycanda jurnalist koronavirusdan dünyasını dəyişən anasının dəfnində iştirak edə bilməyib.
Modern.az xəbər verir ki, Supersport.Az-ın təsisçisi, baş redaktor, 44 yaşlı Anar Cəfərsoy bu xəstəlikdən əziyyət çəkdiyi üçün anası Zöhrə Cəfərovanın vida görüşündən kənar qalıb.
Üç həftədən çox koronavirusun acısını çəkən 69 yaşlı Z.Cəfərova, mayın 28-də Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib. Mərhumə bu gün Ağdam rayonunun Əfətli kəndində dəfn olunub.