Ana Sayfa > Xəbər > Jurnalist koronavirusdan vəfat edən anasının dəfninə qatıla bilmədi
Jurnalist koronavirusdan vəfat edən anasının dəfninə qatıla bilmədi30-05-2020, 18:03. Yazar: admin |
Azərbaycanda jurnalist koronavirusdan dünyasını dəyişən anasının dəfnində iştirak edə bilməyib. Modern.az xəbər verir ki, Supersport.Az-ın təsisçisi, baş redaktor, 44 yaşlı Anar Cəfərsoy bu xəstəlikdən əziyyət çəkdiyi üçün anası Zöhrə Cəfərovanın vida görüşündən kənar qalıb. Üç həftədən çox koronavirusun acısını çəkən 69 yaşlı Z.Cəfərova, mayın 28-də Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib. Mərhumə bu gün Ağdam rayonunun Əfətli kəndində dəfn olunub. Geri dön |