Tramp Londonun müsəlman meri üçün istisna etməyə hazırdır
Tarix: 10-05-2016, 10:46 | Çap et
Tramp Londonun müsəlman meri üçün istisna etməyə hazırdır
ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, seçiləcəyi təqdirdə Londonun yeni meri müsəlman Sadiq Xanın ABŞ-a səfər etməsinə icazə verəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Trampın sözlərinə görə, o, Londona Xanın rəhbərlik etməsindən xoşbəxtdir: “Hər zaman istisnalar var”.

Qeyd edək ki, daha əvvəl Tramp müsəlmanların ABŞ-a girişinə qadağa qoymağa çağırmışdı. Xatırladaq ki, Sadiq Xan mer postuna mayın 7-də seçilib. Bununla da, o, Londonun paytaxtına rəhbərlik edən ilk müsəlman olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net