Ana Sayfa > Xəbər > Tramp Londonun müsəlman meri üçün istisna etməyə hazırdır
Tramp Londonun müsəlman meri üçün istisna etməyə hazırdır10-05-2016, 10:46. Yazar: admin |
ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, seçiləcəyi təqdirdə Londonun yeni meri müsəlman Sadiq Xanın ABŞ-a səfər etməsinə icazə verəcək. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Trampın sözlərinə görə, o, Londona Xanın rəhbərlik etməsindən xoşbəxtdir: “Hər zaman istisnalar var”. Qeyd edək ki, daha əvvəl Tramp müsəlmanların ABŞ-a girişinə qadağa qoymağa çağırmışdı. Xatırladaq ki, Sadiq Xan mer postuna mayın 7-də seçilib. Bununla da, o, Londonun paytaxtına rəhbərlik edən ilk müsəlman olub. Geri dön |