"Əl-Qaidə" terror təşkilatı "Cəbhət ən-Nusra"nın liderinin öldürüldüyü xəbərini təsdiqləyib
Tarix: 6-04-2016, 12:26 |
Çap et
«Əl-Qaidə»nin Şimali Afrika filialı «Cəbhət ən -Nusra» rəhbərlərindən olan Əbu Firas əl-Surinin Suriyada öldüyü xəbərini təsdiqləyib.
FaktXəbər-in verdiyi məlumata görə, terror təşkilatı Əl-Surinin ABŞ aviazərbələri nəticəsində məhv edildiyini bildirib. Qeyd edək ki, bundan əvvəl Pentaqon da Suriyanın şimal-qərbində toqquşmalar zamanı onun öldüyü barədə xəbər yaymışdı.
Əbu Firas Əfqanıstanda terror fəaliyytəi ilə məşğul olurdu və «Əl-Qaidə» lideri Usama Bin Ladenin silahdaşı idi. Suriyada münaqişələr başlayanda terror təşkilatı onu Suriyaya yollayır, burda isə o «Cəbhət ən-Nusra»ya daxil olur.