Ana Sayfa > Xəbər > "Əl-Qaidə" terror təşkilatı "Cəbhət ən-Nusra"nın liderinin öldürüldüyü xəbərini təsdiqləyib

"Əl-Qaidə" terror təşkilatı "Cəbhət ən-Nusra"nın liderinin öldürüldüyü xəbərini təsdiqləyib


6-04-2016, 12:26. Yazar: admin
"Əl-Qaidə" terror təşkilatı "Cəbhət ən-Nusra"nın liderinin öldürüldüyü xəbərini təsdiqləyib
«Əl-Qaidə»nin Şimali Afrika filialı «Cəbhət ən -Nusra» rəhbərlərindən olan Əbu Firas əl-Surinin Suriyada öldüyü xəbərini təsdiqləyib.

FaktXəbər-in verdiyi məlumata görə, terror təşkilatı Əl-Surinin ABŞ aviazərbələri nəticəsində məhv edildiyini bildirib. Qeyd edək ki, bundan əvvəl Pentaqon da Suriyanın şimal-qərbində toqquşmalar zamanı onun öldüyü barədə xəbər yaymışdı.

Əbu Firas Əfqanıstanda terror fəaliyytəi ilə məşğul olurdu və «Əl-Qaidə» lideri Usama Bin Ladenin silahdaşı idi. Suriyada münaqişələr başlayanda terror təşkilatı onu Suriyaya yollayır, burda isə o «Cəbhət ən-Nusra»ya daxil olur.

Geri dön