Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Babək Əliyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə B.Əliyev 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi 2015-ci ilin oktyabr ayında baş verib. 1990-cı il təvəllüdlü Babək sevdiyi İlahə Yusubovanı qətlə yetirib.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

