Ana Sayfa > Xəbər > Sevdiyi qızı qətlə yetirən şəxsə hökm oxunub
Sevdiyi qızı qətlə yetirən şəxsə hökm oxunub17-03-2016, 13:04. Yazar: admin |
|
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Babək Əliyevin cinayət işi üzrə məhkəməsi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə B.Əliyev 19 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, qətl hadisəsi 2015-ci ilin oktyabr ayında baş verib. 1990-cı il təvəllüdlü Babək sevdiyi İlahə Yusubovanı qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub. Geri dön |