Rusiyada Bakıdan çox azərbaycanlı yaşayır
Tarix: 14-03-2016, 10:24 |
Çap et
Rusiyanın paytaxtı Moskvada ruslardan sonra ən çox yaşayan millət azərbaycanlılardır.
AzVision.az xəbər verir ki, bu barədə ` Asiarussia` portalı Rusiyanın hərbi strukturlarında olan mənbəyə istinadən xəbər verir.
Ümumilikdə Moskvada yaşayan rusların sayı 31%-dən çox deyil. İkinci yerdə 14%-lik göstərici ilə azərbaycanlılar gəlir. Üçüncü yerdə tatarlar, başqırdlar, çuvaşlar (10%) qərarlaşıb. Moskvada yaşayan ermənilərin sayı isə cəmi 5% təşkil edir.
Statikada qeyd olunur ki, Rusiya paytaxtının 11 milyonluq əhalisinin 4,6 milyonu slavyanlar – ruslar, ukraynalılar və beloruslardır.
Həmçinin qeyd olunub ki, Rusiyada yaşayan azərbaycanlıların sayı Bakıdan çoxdur.