Ana Sayfa > Xəbər > Rusiyada Bakıdan çox azərbaycanlı yaşayır
Rusiyada Bakıdan çox azərbaycanlı yaşayır14-03-2016, 10:24. Yazar: admin |
Rusiyanın paytaxtı Moskvada ruslardan sonra ən çox yaşayan millət azərbaycanlılardır. AzVision.az xəbər verir ki, bu barədə ` Asiarussia` portalı Rusiyanın hərbi strukturlarında olan mənbəyə istinadən xəbər verir. Ümumilikdə Moskvada yaşayan rusların sayı 31%-dən çox deyil. İkinci yerdə 14%-lik göstərici ilə azərbaycanlılar gəlir. Üçüncü yerdə tatarlar, başqırdlar, çuvaşlar (10%) qərarlaşıb. Moskvada yaşayan ermənilərin sayı isə cəmi 5% təşkil edir. Statikada qeyd olunur ki, Rusiya paytaxtının 11 milyonluq əhalisinin 4,6 milyonu slavyanlar – ruslar, ukraynalılar və beloruslardır. Həmçinin qeyd olunub ki, Rusiyada yaşayan azərbaycanlıların sayı Bakıdan çoxdur. Geri dön |