Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
Tarix: 7-03-2016, 16:21 | Çap et
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə "Report"a Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

O bildirib ki, iclasda Komissiyaya daxil olan müraciətlərə baxılıb: "İclasda çoxsaylı müraciətlərə baxıldı. Bundan sonra da iclaslarımız davam edəcək".

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının yeni tərkibinin ilk iclası martın 1-də keçirilib.

Novruz bayramı ərəfəsində prezident İlham Əliyevin növbəti əfv fərmanı imzalayacağı gözlənilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net