Ana Sayfa > Xəbər > Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi7-03-2016, 16:21. Yazar: admin |
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Bu barədə "Report"a Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib. O bildirib ki, iclasda Komissiyaya daxil olan müraciətlərə baxılıb: "İclasda çoxsaylı müraciətlərə baxıldı. Bundan sonra da iclaslarımız davam edəcək". Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının yeni tərkibinin ilk iclası martın 1-də keçirilib. Novruz bayramı ərəfəsində prezident İlham Əliyevin növbəti əfv fərmanı imzalayacağı gözlənilir. Geri dön |