Martın 24-də Yeni Zelandiyanın bayrağının taleyi məlum olacaq
Tarix: 3-03-2016, 13:45 | Çap et
Martın 24-də Yeni Zelandiyanın bayrağının taleyi məlum olacaq
Yeni Zelandiyada referendumun ikinci turu başlayıb. Həmin referendumda ölkə vətəndaşları dövlət bayrağının dəyişdirilməsinin "lehinə" və ya "əleyhinə" səs verməlidir.

Virtualaz.org "Associated Press" agentliyinə istinadən xəbər verir ki, seçicilər indiki və eskizində gümüş ayıdöşəyi (qıjı) budağı təsvir olunan alternativ bayraq arasında seçim etməlidirlər.

Bütün ölkə üzrə 3 milyona yaxın bülleten paylanıb, seçim poçt vasitəsilə həyata keçirilir. Qərar sadə səs çoxluğu ilə qəbul ediləcək.

İlkin nəticələr martın 24-də elan olunacaq.

Referendumun birinci turu ötən ilin sonunda keçirilib. O zaman ölkə sakinləri təqdim olunan beş eskizdən birini seçiblər.

Martın 24-də Yeni Zelandiyanın bayrağının taleyi məlum olacaq





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net