Ana Sayfa > Xəbər > Martın 24-də Yeni Zelandiyanın bayrağının taleyi məlum olacaq
Martın 24-də Yeni Zelandiyanın bayrağının taleyi məlum olacaq3-03-2016, 13:45. Yazar: admin |
Yeni Zelandiyada referendumun ikinci turu başlayıb. Həmin referendumda ölkə vətəndaşları dövlət bayrağının dəyişdirilməsinin "lehinə" və ya "əleyhinə" səs verməlidir. Virtualaz.org "Associated Press" agentliyinə istinadən xəbər verir ki, seçicilər indiki və eskizində gümüş ayıdöşəyi (qıjı) budağı təsvir olunan alternativ bayraq arasında seçim etməlidirlər. Bütün ölkə üzrə 3 milyona yaxın bülleten paylanıb, seçim poçt vasitəsilə həyata keçirilir. Qərar sadə səs çoxluğu ilə qəbul ediləcək. İlkin nəticələr martın 24-də elan olunacaq. Referendumun birinci turu ötən ilin sonunda keçirilib. O zaman ölkə sakinləri təqdim olunan beş eskizdən birini seçiblər. Geri dön |