Moskva-Gəncə və Moskva-Lənkəran aviareysləri təxirə salınıb
Tarix: 2-03-2016, 10:33 | Çap et
Moskva-Gəncə və Moskva-Lənkəran aviareysləri təxirə salınıb
Rusiyanın "Ural Hava Yolları" aviaşirkəti Moskva-Gəncə və Moskva-Lənkəran aviareyslərini təxirə salıb.

"APA-Economics" "Yandex" axtarış sistemində yerləşdirilən məlumatlara istinadən xəbər verir ki, buna səbəb Rusiyanın paytaxtında hava şəraitinin kəskin pisləşməsidir.

Moskva-Gəncə aviareysinin saat 10:00-da, Moskva-Lənkəran aviareysinin isə saat 08:20-də yerinə yetirilməsi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Moskvada hava şəraitinin kəskin pisləşməsi səbəbindən ümumilikdə 100-ə yaxın aviareys təxirə salınıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net