Ana Sayfa > Xəbər > Moskva-Gəncə və Moskva-Lənkəran aviareysləri təxirə salınıb
Moskva-Gəncə və Moskva-Lənkəran aviareysləri təxirə salınıb2-03-2016, 10:33. Yazar: admin |
Rusiyanın "Ural Hava Yolları" aviaşirkəti Moskva-Gəncə və Moskva-Lənkəran aviareyslərini təxirə salıb. "APA-Economics" "Yandex" axtarış sistemində yerləşdirilən məlumatlara istinadən xəbər verir ki, buna səbəb Rusiyanın paytaxtında hava şəraitinin kəskin pisləşməsidir. Moskva-Gəncə aviareysinin saat 10:00-da, Moskva-Lənkəran aviareysinin isə saat 08:20-də yerinə yetirilməsi nəzərdə tutulmuşdu. Qeyd edək ki, Moskvada hava şəraitinin kəskin pisləşməsi səbəbindən ümumilikdə 100-ə yaxın aviareys təxirə salınıb. Geri dön |