FHN-dən Novruz bayramı ilə bağlı əhaliyə MÜRACİƏT
Tarix: 29-02-2016, 15:53 | Çap et
FHN-dən Novruz bayramı ilə bağlı əhaliyə MÜRACİƏT
Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib.

Lent.az-ın nazirliyinin saytına istinadən xəbərinə görə, nazirliyin müraciətində qeyd olunur ki, yanğın təhlükəsi ilə üzləşməmək üçün bunları bilmək vacibdir:

- bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;
- tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
- tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
- yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Təhlükə zamanı 112-yə zəng edin!





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net