Ana Sayfa > Xəbər > FHN-dən Novruz bayramı ilə bağlı əhaliyə MÜRACİƏT
FHN-dən Novruz bayramı ilə bağlı əhaliyə MÜRACİƏT29-02-2016, 15:53. Yazar: admin |
![]() Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib. Lent.az-ın nazirliyinin saytına istinadən xəbərinə görə, nazirliyin müraciətində qeyd olunur ki, yanğın təhlükəsi ilə üzləşməmək üçün bunları bilmək vacibdir: - bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır; - tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır; - tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır; - tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər; - yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Təhlükə zamanı 112-yə zəng edin! Geri dön |