
Bakıda evdən silah tapılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonunun Zığ bağlar sahəsində yaşayan Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Aqil Əhmədovun evindən müvafiq sənədləri olmayan nömrəsi silinmiş tapança-pulemyot və 20 ədəd patron aşkar edilərək götürülüb.
Araşdırma aparılır.

