Ana Sayfa > Xəbər > Bağ evindən tapança-pulemyot tapıldı - BAKIDA
Bağ evindən tapança-pulemyot tapıldı - BAKIDA29-02-2016, 12:38. Yazar: admin |
![]() Bakıda evdən silah tapılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonunun Zığ bağlar sahəsində yaşayan Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Aqil Əhmədovun evindən müvafiq sənədləri olmayan nömrəsi silinmiş tapança-pulemyot və 20 ədəd patron aşkar edilərək götürülüb. Araşdırma aparılır. Geri dön |