Qız atası olan aparıcı yenidən "Günə Baxan"da
Tarix: 29-02-2016, 11:20 | Çap et
Qız atası olan aparıcı yenidən "Günə Baxan"da
Tanınmış teleaparıcı Elgiz Əkbər "Günə Baxan" verilişinə qayıdıb. ANS PRESS-in məlumatına görə, bir müddət əvvəl məzuniyyətə çıxan aparıcı bu gün efirə çıxıb. Onun olmadığı zaman ərzində isə aparıcını ANS TV-də yayımlanan “Ağıl Dəryası”nın aparıcısı Murad Əzimzadə əvəz edib.

Əlavə edək ki, ötən ay Elgiz Əkbər efir vasitəsilə məzuniyyətə çıxdığını açıqlamışdı. O, bunu ailəsində baş verəcək xoşbəxt hadisə - övladı olması ilə əlaqələndirmişdi. “Yaxın günlərdə ata olacam. Xanımımın mənə ehtiyacı var. Ona görə də məzuniyyətə çıxdım ki, xanımımın yanında olum”.

Adıçəkilən veriliş həftənin 6 günü, hər səhər saat 10.00-dan 12.00-a qədər yayımlanır. Adıçəkilən verilişin məqsədi maarifləndirmək, düşündürmək, milli-mənəvi, əxlaqi dəyərləri təbliğ etməkdir.

Elgiz Əkbərin fevralın 1-də qızı olub. Aparıcı qızını Lalə adlandırıb. Elgiz Əkbər ötən ilin may ayının 9-da Əsmər adlı xanımla ailə qurub. "Günə Baxan" verilişinin aparıcısının media üçün qapalı toy keçirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net