Ana Sayfa > Xəbər > Qız atası olan aparıcı yenidən "Günə Baxan"da
Qız atası olan aparıcı yenidən "Günə Baxan"da29-02-2016, 11:20. Yazar: admin |
|
Tanınmış teleaparıcı Elgiz Əkbər "Günə Baxan" verilişinə qayıdıb. ANS PRESS-in məlumatına görə, bir müddət əvvəl məzuniyyətə çıxan aparıcı bu gün efirə çıxıb. Onun olmadığı zaman ərzində isə aparıcını ANS TV-də yayımlanan “Ağıl Dəryası”nın aparıcısı Murad Əzimzadə əvəz edib. Əlavə edək ki, ötən ay Elgiz Əkbər efir vasitəsilə məzuniyyətə çıxdığını açıqlamışdı. O, bunu ailəsində baş verəcək xoşbəxt hadisə - övladı olması ilə əlaqələndirmişdi. “Yaxın günlərdə ata olacam. Xanımımın mənə ehtiyacı var. Ona görə də məzuniyyətə çıxdım ki, xanımımın yanında olum”. Adıçəkilən veriliş həftənin 6 günü, hər səhər saat 10.00-dan 12.00-a qədər yayımlanır. Adıçəkilən verilişin məqsədi maarifləndirmək, düşündürmək, milli-mənəvi, əxlaqi dəyərləri təbliğ etməkdir. Elgiz Əkbərin fevralın 1-də qızı olub. Aparıcı qızını Lalə adlandırıb. Elgiz Əkbər ötən ilin may ayının 9-da Əsmər adlı xanımla ailə qurub. "Günə Baxan" verilişinin aparıcısının media üçün qapalı toy keçirib. Geri dön |