Azərbaycanda ana 9 aylıq körpəsini öldürüb
Tarix: 22-02-2016, 12:03 |
Çap et
Gəncədə dəhşətli qətl törədilib.
Gəncə Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə fevralın 19-da şəhərin Kəpəz rayonunda qeydə alınıb. Rayon sakini, 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova 9 aylıq oğlu Elmir Telman oğlu Hüseynovu həyətdəki su quyusuna atıb. Nəticədə uşaq boğularaq ölüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən M. Hüseynova həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
APA-nın əldə etdiyi məlumata görə, M. Hüseynova psixi xəstə olub.