Ana Sayfa > Xəbər > Azərbaycanda ana 9 aylıq körpəsini öldürüb

Azərbaycanda ana 9 aylıq körpəsini öldürüb


22-02-2016, 12:03. Yazar: admin
Azərbaycanda ana 9 aylıq körpəsini öldürüb
Gəncədə dəhşətli qətl törədilib.

Gəncə Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə fevralın 19-da şəhərin Kəpəz rayonunda qeydə alınıb. Rayon sakini, 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova 9 aylıq oğlu Elmir Telman oğlu Hüseynovu həyətdəki su quyusuna atıb. Nəticədə uşaq boğularaq ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən M. Hüseynova həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

APA-nın əldə etdiyi məlumata görə, M. Hüseynova psixi xəstə olub.

Geri dön