Tələbələrə hücum edən azərbaycanlı saxlanıldı
Tarix: 22-02-2016, 10:46 | Çap et
Tələbələrə hücum edən azərbaycanlı saxlanıldı
Rusiyanın Tomsk şəhərində tələbələrə qarşı quldurluq edən azərbaycanlı saxlanılıb. Lent.az-ın tvtomsk.ru-ya istinadən məlumatına görə, uzun illərdir Tomskda yaşayan 35 yaşlı Azərbaycan vətəndaşı şəhərin Lenin rayonunda yerləşən mənzillərin birinə hücum edib. Əlindəki bıçaqla tələbələri hədələyən azərbaycanlı mənzildən 3 noutbuk, 4 telefon və 200 dollar aparsa da, uzağa gedə bilməyib. Bir neçə saat sonra Tomsk dəmiryolu vağzalında saxlanılan azərbaycanlını indi 12 ilədək həbs gözləyir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net