Ana Sayfa > Xəbər > Tələbələrə hücum edən azərbaycanlı saxlanıldı
Tələbələrə hücum edən azərbaycanlı saxlanıldı22-02-2016, 10:46. Yazar: admin |
Rusiyanın Tomsk şəhərində tələbələrə qarşı quldurluq edən azərbaycanlı saxlanılıb. Lent.az-ın tvtomsk.ru-ya istinadən məlumatına görə, uzun illərdir Tomskda yaşayan 35 yaşlı Azərbaycan vətəndaşı şəhərin Lenin rayonunda yerləşən mənzillərin birinə hücum edib. Əlindəki bıçaqla tələbələri hədələyən azərbaycanlı mənzildən 3 noutbuk, 4 telefon və 200 dollar aparsa da, uzağa gedə bilməyib. Bir neçə saat sonra Tomsk dəmiryolu vağzalında saxlanılan azərbaycanlını indi 12 ilədək həbs gözləyir. Geri dön |