Odessada öldürülən beyləqanlının meyiti Azərbaycana göndərildi
Tarix: 9-02-2016, 12:19 | Çap et
Odessada öldürülən beyləqanlının meyiti Azərbaycana göndərildi
Ukraynanın Odessa şəhərində qətlə yetirilən azərbaycanlı gənc iş adamı Aqşin Məmmədovun meyiti bu gün Azərbaycana yola salınıb.

APA-nın Ukraynaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, mərhum doğulduğu Beyləqan rayonunda dəfn olunacaq.

Qeyd edək ki, əslən Beyləqan rayonunun 1-ci Aşıqlı kəndindən olan 27 yaşlı Aqşin Məmmədov fevralın 7-si axşam saatlarında Odessadakı kafelərin birindən çıxaraq avtomobilinə minən zaman naməlum şəxslərin hücumuna məruz qalıb. A. Məmmədov çoxsaylı bıçaq xəsarətləri alıb və hadisə yerində dünyasını dəyişib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net