Ana Sayfa > Xəbər > Odessada öldürülən beyləqanlının meyiti Azərbaycana göndərildi
Odessada öldürülən beyləqanlının meyiti Azərbaycana göndərildi9-02-2016, 12:19. Yazar: admin |
Ukraynanın Odessa şəhərində qətlə yetirilən azərbaycanlı gənc iş adamı Aqşin Məmmədovun meyiti bu gün Azərbaycana yola salınıb. APA-nın Ukraynaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, mərhum doğulduğu Beyləqan rayonunda dəfn olunacaq. Qeyd edək ki, əslən Beyləqan rayonunun 1-ci Aşıqlı kəndindən olan 27 yaşlı Aqşin Məmmədov fevralın 7-si axşam saatlarında Odessadakı kafelərin birindən çıxaraq avtomobilinə minən zaman naməlum şəxslərin hücumuna məruz qalıb. A. Məmmədov çoxsaylı bıçaq xəsarətləri alıb və hadisə yerində dünyasını dəyişib. Geri dön |