Moskva və Peterburqda terror planlaşdıran İŞİD-çilər yaxalandı
Tarix: 8-02-2016, 14:29 | Çap et
Moskva və Peterburqda terror planlaşdıran İŞİD-çilər yaxalandı
Rusiya Federal Təhlükəsizlik Xidməti Moksva, Sankt-Peterburq və Sverdolvsk vilayətində teror aktları planlaşdıran dəstənin darmadağın edildiyini elan edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, potensial terrorçular Yekaterinburq şəhərində həbs olunublar. FTX rəsmi məlumatında həbs olunan 7 nəfərin Türkiyədən gəlmiş və İŞİD-lə bağlılığı olan Rusiya, Mərkəzi Asiya respublikaları vətəndaşları olduğu bəyan edilib.

“Rusiyada qadağan olunmuş İŞİD qruplaşmasının üzvləri kustar üsulla hazırladıqları partlayıcı qurğularla Moskva, Sankt-Peterburq şəhərlərində və Sverdlovsk vilayətində rezonanslı terror aktları törətməyi planlaşdırırdı”.

Həbs olunanlara qarşı 3 maddə ilə (terror hazırlığı, silah saxlama və partlayıcı qurğu saxlama) cinayət işi açılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net