Ana Sayfa > Xəbər > Moskva və Peterburqda terror planlaşdıran İŞİD-çilər yaxalandı
Moskva və Peterburqda terror planlaşdıran İŞİD-çilər yaxalandı8-02-2016, 14:29. Yazar: admin |
Rusiya Federal Təhlükəsizlik Xidməti Moksva, Sankt-Peterburq və Sverdolvsk vilayətində teror aktları planlaşdıran dəstənin darmadağın edildiyini elan edib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, potensial terrorçular Yekaterinburq şəhərində həbs olunublar. FTX rəsmi məlumatında həbs olunan 7 nəfərin Türkiyədən gəlmiş və İŞİD-lə bağlılığı olan Rusiya, Mərkəzi Asiya respublikaları vətəndaşları olduğu bəyan edilib. “Rusiyada qadağan olunmuş İŞİD qruplaşmasının üzvləri kustar üsulla hazırladıqları partlayıcı qurğularla Moskva, Sankt-Peterburq şəhərlərində və Sverdlovsk vilayətində rezonanslı terror aktları törətməyi planlaşdırırdı”. Həbs olunanlara qarşı 3 maddə ilə (terror hazırlığı, silah saxlama və partlayıcı qurğu saxlama) cinayət işi açılıb. Geri dön |