Kanal D-nin 20 illik şousu olan "Bəyaz şou"nun bağlanacağı iddiaları yayılıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dünən ilk dəfə proqramın yeni buraxılışı canlı deyil, lent yazısı olaraq efirə gedib.
3 həftə əvvəl Ayşe Çelik adlı müəllimənin zəng edərək siyasi təbliğat aparmasından sonra çətin günlər keçirən aparıcı Beyazit Öztürk o vaxtdan etibarən telefon zənglərini efirə qəbul etmir.
Dünən isə lent yazısı yayımlanan proqramın gələn həftə, ümumiyyətlə, efirdə olmayacağı deyilib. Kanal D növbəti buraxılışın fevralın 19-da yayımlanacağını desə də, "Bəyaz şou"nun bağlanacağı iddiaları gündəmi tutub.