Ana Sayfa > Xəbər > "Bəyaz şou" bağlanır?
"Bəyaz şou" bağlanır?8-02-2016, 11:55. Yazar: admin |
Kanal D-nin 20 illik şousu olan "Bəyaz şou"nun bağlanacağı iddiaları yayılıb. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dünən ilk dəfə proqramın yeni buraxılışı canlı deyil, lent yazısı olaraq efirə gedib. 3 həftə əvvəl Ayşe Çelik adlı müəllimənin zəng edərək siyasi təbliğat aparmasından sonra çətin günlər keçirən aparıcı Beyazit Öztürk o vaxtdan etibarən telefon zənglərini efirə qəbul etmir. Dünən isə lent yazısı yayımlanan proqramın gələn həftə, ümumiyyətlə, efirdə olmayacağı deyilib. Kanal D növbəti buraxılışın fevralın 19-da yayımlanacağını desə də, "Bəyaz şou"nun bağlanacağı iddiaları gündəmi tutub. Geri dön |