Müğənni Roza Zərgərli 10 kiloqram arıqlayıb.
Axşam.az-a açıqlama verən sənətçi pəhrizindən danışıb. O, plastik əməliyyat etdirməsi ilə bağlı xəbərlərə də aydınlıq gətirib:
“Axşam saat 6-dan sonra yemək yemirəm. Gün ərzində isə ancaq tərəvəz yeyirəm. Ət və toyuq olmaz. Hər gün 3 litrdən çox su içirəm. Gələn həftədən üzgüçülüyə başlayacam. Bu yolla 10 kiloqram atmışam. Buna görə də elə düşünürlər ki, plastik əməliyyat etdirmişəm. Pəhrizə davam edəcəm. Hələ bir 7 kiloqram da atmalıyam”.
Bu yaxınlarda istirahətə yollanan sənətçi Livanda dincəldiyini deyib.

