Ana Sayfa > Xəbər > Roza bu pəhrizlə 10 kiloqram arıqladı
Roza bu pəhrizlə 10 kiloqram arıqladı2-02-2016, 13:41. Yazar: admin |
|
Müğənni Roza Zərgərli 10 kiloqram arıqlayıb. Axşam.az-a açıqlama verən sənətçi pəhrizindən danışıb. O, plastik əməliyyat etdirməsi ilə bağlı xəbərlərə də aydınlıq gətirib: “Axşam saat 6-dan sonra yemək yemirəm. Gün ərzində isə ancaq tərəvəz yeyirəm. Ət və toyuq olmaz. Hər gün 3 litrdən çox su içirəm. Gələn həftədən üzgüçülüyə başlayacam. Bu yolla 10 kiloqram atmışam. Buna görə də elə düşünürlər ki, plastik əməliyyat etdirmişəm. Pəhrizə davam edəcəm. Hələ bir 7 kiloqram da atmalıyam”. Bu yaxınlarda istirahətə yollanan sənətçi Livanda dincəldiyini deyib. Geri dön |