Nəsimi rayonundakı mənzildə partlayış baş verib
Tarix: 27-01-2016, 14:52 | Çap et
Nəsimi rayonundakı mənzildə partlayış baş verib
Bakı şəhərindəki yaşayış evində partlayış baş verib.

Virtualaz.org saytı Daxili İşlər Nazirliyinin məlumatına əsasən xəbər verir ki, hadisə yanvarın 26-da paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Bakı şəhər sakini Amur Məcidovun A.Mustafayev küçəsindəki mənzilində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə, mənzilin pəncərə şüşələri sınıb, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net