Ana Sayfa > Xəbər > Nəsimi rayonundakı mənzildə partlayış baş verib
Nəsimi rayonundakı mənzildə partlayış baş verib27-01-2016, 14:52. Yazar: admin |
Bakı şəhərindəki yaşayış evində partlayış baş verib. Virtualaz.org saytı Daxili İşlər Nazirliyinin məlumatına əsasən xəbər verir ki, hadisə yanvarın 26-da paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Bakı şəhər sakini Amur Məcidovun A.Mustafayev küçəsindəki mənzilində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə, mənzilin pəncərə şüşələri sınıb, xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. Geri dön |