“MEYVƏLİ”də güclü yanğın - 3 maşın, 18 ton məhsul yandı
Tarix: 26-01-2016, 11:22 |
Çap et
Dünən axşam saatlarında “MEYVƏLİ” Ticarət mərkəzində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yanğın nəticəsində 2 yük, 1 minik avtomobili və tonlarla məhsul yanıb.
Belə ki, Qaradağ rayonunda yerləşən “MEYVƏLİ” ticarət mərkəzinin gözətçi köşkü, yaxınlıqda dayanmış 2 ədəd "Kamaz" markalı yük avtomobili və maşınlara yığılmış 18 ton tərəvəz məhsulunun bir hissəsi yanıb.
Yanğın yaxınlıqda dayanmış “Hyundai” markalı minik avtomobilinə də keçib. Yanğın saat 21:29-da söndürülüb.