Ana Sayfa > Xəbər > “MEYVƏLİ”də güclü yanğın - 3 maşın, 18 ton məhsul yandı
“MEYVƏLİ”də güclü yanğın - 3 maşın, 18 ton məhsul yandı26-01-2016, 11:22. Yazar: admin |
Dünən axşam saatlarında “MEYVƏLİ” Ticarət mərkəzində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yanğın nəticəsində 2 yük, 1 minik avtomobili və tonlarla məhsul yanıb. Belə ki, Qaradağ rayonunda yerləşən “MEYVƏLİ” ticarət mərkəzinin gözətçi köşkü, yaxınlıqda dayanmış 2 ədəd "Kamaz" markalı yük avtomobili və maşınlara yığılmış 18 ton tərəvəz məhsulunun bir hissəsi yanıb. Yanğın yaxınlıqda dayanmış “Hyundai” markalı minik avtomobilinə də keçib. Yanğın saat 21:29-da söndürülüb. Geri dön |