Bir neçə gün bundan öncə 3 saylı Sabunçu Klinik Xəstəxanasında ölən xəstənin yaxınları tərəfindən döyülən həkim bir həftədən çoxdur ki, işə çıxmır.
Xəstəxananın reanimasiya şöbəsindən Axar.az-a verilən məlumata görə, qadın həkim ağır psixoloji travma alıb. Bu səbəblə də o, evdən çölə çıxmamağa qərar verib.
Xatırladaq ki, bir neçə gün bundan öncə üç-dörd nəfər naməlum şəxs qohumlarının xəstəxanada ölməsinə etiraz olaraq Sabunçu Klinik Xəstəxanasının həkimi 50 yaşlı Sevda Hüseynovanı döymüşdü.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci polis bölməsində (PB) araşdırma aparılır.