Ana Sayfa > Xəbər > Döyülən həkim işə çıxmır
Döyülən həkim işə çıxmır25-01-2016, 13:58. Yazar: admin |
Bir neçə gün bundan öncə 3 saylı Sabunçu Klinik Xəstəxanasında ölən xəstənin yaxınları tərəfindən döyülən həkim bir həftədən çoxdur ki, işə çıxmır. Xəstəxananın reanimasiya şöbəsindən Axar.az-a verilən məlumata görə, qadın həkim ağır psixoloji travma alıb. Bu səbəblə də o, evdən çölə çıxmamağa qərar verib. Xatırladaq ki, bir neçə gün bundan öncə üç-dörd nəfər naməlum şəxs qohumlarının xəstəxanada ölməsinə etiraz olaraq Sabunçu Klinik Xəstəxanasının həkimi 50 yaşlı Sevda Hüseynovanı döymüşdü. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci polis bölməsində (PB) araşdırma aparılır. Geri dön |