Bu gün Bakıda Milli aviadaşıyıcı"Azərbaycan Hava Yolları" (AZAL) baş rolda məşhur azərbaycanlı müğənni Miri Yusifin çəkildiyi “Göy təyyarə” adlı musiqili videoçarx hazırlayıb.
ANS PRESS-in məlumatına görə, videoçarxda müğənni böyük şöhrət qazanmış "Ağ Təyyarə" kompozisiyana uyğunlaşdırılan versiyanı ifa edir.
Videoçarx Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində çəkilib.
"Azərbaycan Hava Yolları"-nın öz işinə peşəkar yanaşması və yüksək xidmət səviyyəsi ölkənin qürurudur. AZAL-dan dəvət almaq mənim üçün böyük şərəf idi", - deyə Miri Yusif qeyd edib.
Miri Yusif - "Göy Təyyarə" Miri Yusif ifaçı olmaqla yanaşı bəstəkar və rəssamdır. Mirbabayev Miri Yusif Mir Heydər oğlu, 27 oktyabr 1977-ci ildə Bakı şəhəri 8-ci kilometr qəsəbəsində anadan olub. Ondan böyük qardaşı və kiçik bacısı var. Ailəlidir və 1 qızı var.